Salyanda iki gün əvvəl baş verən yol qəzasında xəsarət alan qadın ölüb

Hadisə
  • 05 dekabr, 2017
  • 06:02
Salyanda iki gün əvvəl baş verən yol qəzasında xəsarət alan qadın ölüb

Salyan. 5 dekabr. REPORT.AZ/ Salyan rayonunda iki gün əvvəl baş verən yol qəzasında xəsarət alan qadın ölüb. 

"Report"un Aran bürosunun məlumatına görə, sərnişin avtobusu ilə "Mitsubishi-Pajero" markalı avtomobilin toqquşması nəticəsində 4-ü ağır olmaqla 7 nəfər xəsarət alıb. 

Xəsarət alanlardan ikisi "Mitsubishi-Pajero" markalı avtomobildə, digər 5 nəfər isə sərnişin avtobusunda olub. Minik  maşınında xəsarət alan 1963-cü il təvəllüdlü Rəhilə Əhədova bu gün yerləşdirldiyi xəstəxanada ölüb. 

Xatırladaq ki, dekabrın 3-də Salyan rayonunun Sarvan kəndi ərazisində sərnişin avtobusu ilə "Mitsubishi-Pajero" markalı avtomobil toqquşub və nəticədə 7 nəfər xəsarət almışdı. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

44 - Tezliklə