Salyanda avtomobil aşıb, ana və övladı xəsarət alıb
Hadisə
- 16 dekabr, 2016
- 15:41
Salyan. 16 dekabr. REPORT.AZ/ Salyan rayonunda yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 38 yaşlı Nuriyyə Novruz qızı Rufullayeva idarə etdiyi “Hyundai” markalı avtomobillə Bakı istiqamətində hərəkət edərkən idarəetməni itirib və nəticədə maşın yol kənarına aşıb. Hadisə zamanı avtomobilin sürücüsü və 8 yaşlı qızı Tehran Əvəz qızı Novruzova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ana və övladı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdıtılıb, xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra hər ikisi ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
22:26
"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
Futbol22:24
Azərbaycan səfiri Hannoverdə yaşayan azərbaycanlılarla görüşüb
Xarici siyasət22:18
Putin: Tramp Rusiya-Ukrayna münaqişəsini nizamlamaq cəhdlərini dayandırmır
Region22:09
KDR-də toy mərasimində yanğın olub, 22 nəfər ölüb
Digər ölkələr21:56
İran ordusu Hörmüz boğazında gəmilərə hücum edib
Region21:51
Livanın Səhiyyə Nazirliyi: İsrailin hücumları nəticəsində 4 359 nəfər həlak olub
Digər ölkələr21:41
Foto
Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region birinciliyi keçirilib
Fərdi21:25
Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır
Xarici siyasət21:24