Salyanda 26 yaşlı gənc bıçaqlanıb
Hadisə
- 17 noyabr, 2015
- 18:45
Bakı. 17 noyabr. REPORT.AZ/ Salyanda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə şəhərin Aslan Hüseynov küçəsində qeydə alınıb.
Həmin küçədə 23 saylı ünvanda yaşayan, 1989-cu il təvəllüdlü Şamil Heydər oğlu Mehdiyev mübahisə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.
Zərərçəkən yaxınları tərəfindən qarnının ön divar hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı Cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.
Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağır olaraq qalır.
Hazırda Salyan rayon Polis şöbəsində cinayəti törədən şəxsin kimliyinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Son xəbərlər
07:15
Makron Trampla Ukraynaya raket əleyhinə vasitələrin tədarükünü müzakirə edib
Digər ölkələr06:53
Foto
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Daxili siyasət06:53
Ağdərə sakini: Doğma yurda getdiyimizi yuxuda görürdük, ancaq bu gün həqiqətən qayıdırıq
Daxili siyasət06:38
Keçmiş məcburi köçkün: Bu gün mənim üçün çox sevincli gündür
Daxili siyasət06:26
Bakıda mopeddən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə06:13
Ərdoğan: Türkiyə ABŞ ilə strateji münasibətləri iqtisadi əlaqələrdən ayrı düşünə bilmir
Region05:58
Meksika və Fransa BMT Təhlükəsizlik Şurasında veto hüququnun dayandırılmasına çağırıb
Digər ölkələr05:27
Böyük Britaniya ilk dəfə pilotsuz qurğudan torpedo buraxılışı həyata keçirib
Digər ölkələr04:55