Sabirabadda 5 nəfərdən sənədsiz ov tüfəngləri götürülüb
Hadisə
- 05 noyabr, 2023
- 05:22
Sabirabad rayon sakini qanunsuz olaraq saxladığı avtomatı könüllü olaraq polisə təhvil verib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı apardıqları profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı “AKM” markalı avtomat silahını polis şöbəsinə təhvil verib.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan ov silahlarının aşkarlanması istiqamətində keçirilən tədbirlər zamanı isə 5 nəfər rayon sakinindən sənədsiz ov tüfəngləri götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Son xəbərlər
21:29
"Şamaxinka"dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq
İnfrastruktur21:22
ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək
Digər ölkələr21:19
Foto
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
Fərdi21:15
Azərbaycan millisi yoldaşlıq oyununda Qırğızıstan yığmasına uduzub
Futbol21:10
Rubio MKİ direktorunun Moskvaya səfərinin səbəbini izah edib
Digər ölkələr20:49
ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb
Region20:41
Əraqçi ilə HƏMAS üzvü Fələstindəki vəziyyəti müzakirə ediblər
Region20:28
Azərbaycanlı cüdoçuların Avropa çempionatındakı rəqibləri bəlli olub
Fərdi20:27