Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıblar
Hadisə
- 08 yanvar, 2019
- 06:47
Saatlı. 8 yanvar. REPORT.AZ/ Saatlı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıblar.
Bu barədə “Report”un Aran bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Belə ki, yanvarın 7-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Fizuli rayon sakinləri Yavər Rəhimov, Təvəkkül Şıxəliyev, Firqət Muradov, Elyar Eyvazov və Rasim Kərimov olduqları müəyyən edilib. Onlardan 2 ədəd “TOZ-63”, “İJ-58”, “MR-155” və müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd dovşan götürülüb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
18:34
Suriyada yol-nəqliyyat hadisəsində 24 nəfər xəsarət alıb
Digər ölkələr18:18
Türkiyə MMN-dən Azərbaycana: "Birlikdə güclü, birlikdə qardaşıq"
Xarici siyasət18:02
İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Daxili siyasət17:59
"Sülh göyərçini" və ya Paşinyansayağı imitasiya - ŞƏRH
Analitika17:51
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - YENİLƏNİB
Hadisə17:51
Foto
Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib
Fərdi17:39
Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib
Digər ölkələr17:39
Bilgəhdə 2 nəfər dənizdə batıb
Hadisə17:29