Qubadlıda minaya düşən şəxsin ayağı amputasiya olunub

Hadisə
  • 23 aprel, 2022
  • 13:18
Qubadlıda minaya düşən şəxsin ayağı amputasiya olunub

Aprelin 22-də Qubadlı rayonunun Teymur Müskanlı kəndində minaya düşən şəxsin ayağı amputasiya olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, ağır xəsarətlər alan Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Nəsibov Bəybala Cəbrayıl oğlu Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.

Həkimlərin dediyinə görə, onun sol ayağı amputasiya olunub, huşu özündədir və hazırda vəziyyəti orta-ağır olaraq qalır.

Qeyd edək ki, B.Nəsibov Qubadlıda avtomobil yolunun tikintisində çalışırmış. O, işdən çıxıb qayıdan zaman yolda piyada əleyhinə minaya düşüb.

Faktla bağlı Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır.

44 - Tezliklə