Qubada maşın dağdan aşıb, 2 nəfər ölüb, 1 nəfər yaralanıb - FOTO
Hadisə
- 12 mart, 2016
- 15:04
Bakı. 12 mart. REPORT.AZ/ Quba-Xınalıq yolunun Qırız Dəhnə kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, Xınalıq sakinləri - sürücü Elvin Məlikov, sərnişinlər Şahin Bahəddinov və Elşən Yarməmmədov NİVA markalı avtomobildə Xınalıqdan Quba istiqamətində hərəkətdə olarkən dağdan aşıblar.
"40-BH-085" dövlət qeydiyyat nişanlı avtomobilin qəzaya uğraması nəticəsində hər iki sərnişin hadisə yerində dünyasını dəyişib, sürücü ağır yaralanıb.
Hadisə yerinə Quba rayon Polis şöbəsinin əməkdaşları cəlb olunub. Sürücü Quba Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Ölən şəxslərin meyitləri hazırda dərədədir, onların çıxarılması istiqamətində iş görülür.
Son xəbərlər
23:33
Şahbuzda ağır yol qəzasında 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Hadisə23:07
Ərdoğan BƏƏ Prezidenti ilə İran-ABŞ gərginliyini müzakirə edib
Region23:01
Böyük Britaniyanın Lordlar Palatası buraxıla bilər
Digər ölkələr22:54
Polşada dronlarla mübarizə üçün yeni hərbi bölmə yaradılacaq
Digər ölkələr22:38
Azərbaycan komandası çimərlik voleybolu üzrə Avropa çempionatında pley-offa yüksəlib
Komanda22:37
Dövlət qurumları güzəştli mənzillərin satışında rəqəmsal təhlükəsizliyi uğurla təmin ediblər
İnfrastruktur22:19
Türkiyədə terror təbliğatı, təxribat, dezinformasiya ilə məşğul olan sosial media hesabları məhdudlaşdırılıb
Region22:05
"Kəpəz" doğma meydanda "Şamaxı"ya böyük hesabla uduzub
Futbol22:03