Azərbaycan komandası çimərlik voleybolu üzrə Avropa çempionatında pley-offa yüksəlib

Komanda
  • 04 sentyabr, 2026
  • 22:38
Azərbaycan komandası çimərlik voleybolu üzrə Avropa çempionatında  pley-offa yüksəlib

İtaliyanın Battipaglia şəhərində keçirilən çimərlik voleybolu üzrə U-20 Avropa çempionatı davam edir.

"Report" xəbər verir ki, Azərbaycanın oğlanlardan ibarət komandası bu gün iki oyun keçirib.

İbrahim Məmmədov/Muhamməd Aslanlı cütlüyü əvvəlcə son dünya çempionu Norveç təmsilçiləri ilə qarşılaşıb. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb – 19:21, 21:14, 15:9.

Azərbaycan komandası daha sonra İngiltərə təmsilçiləri ilə üz-üzə gəlib. Qarşılaşmada rəqib 2:0 hesabı ilə qalib gəlib – 21:14, 21:18.

Məğlubiyyətlərə baxmayaraq, İbrahim Məmmədov/Muhamməd Aslanlı cütlüyü "24-lüy"ə düşərək növbəti mərhələyə vəsiqə qazanıb.

Azərbaycan komandası sabah pley-off mərhələsində Polşa təmsilçisi ilə qarşılaşacaq.

Qeyd edək ki, çempionatda 33 ölkədən ümumilikdə 40 komanda iştirak edir.

44 filmi