Türkiyədə terror təbliğatı, təxribat, dezinformasiya ilə məşğul olan sosial media hesabları məhdudlaşdırılıb
- 04 sentyabr, 2026
- 22:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə rəqəmsal platformalar vasitəsilə həyata keçirilən terror təbliğatı, təxribat, dezinformasiya və psixoloji "müharibə" cəhdlərinə qarşı mübarizə çərçivəsində son iki ayda 2 min 34 sosial media hesabına giriş məhdudlaşdırılıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X"də yazıb.
O, qeyd edib ki, əməliyyat idarənin koordinasiyası, Baş Prokurorluq və Təhlükəsizlik Baş İdarəsinin Kibercinayətlərlə Mübarizə Departamentinin birgə fəaliyyəti nəticəsində baş tutub.
Bildirilib ki, hesabların 699-u əsasən "Fətullahçı" Terror Təşkilatı (FETÖ) ilə əlaqəli, milli təhlükəsizliyi və ictimai birliyi hədəf alan terror və cinayət təşkilatları ilə bağlı olub. Digər 1 335 hesabın isə təxribat, dezinformasiya və psixoloji əməliyyatlar həyata keçirdiyi müəyyən edilib.
"Türkiyə rəqəmsal məkanı milli təhlükəsizliyin ayrılmaz hissəsi hesab edir və terror təşkilatlarının sosial media platformalarından təbliğat və dezinformasiya məqsədilə istifadəsinə imkan verməyəcək", - idarənin rəhbəri vurğulayıb.
Cumhurbaşkanlığı İletişim Başkanlığımızın koordinasyonunda yürütülen kapsamlı dijital takip, teknik analiz ve kurumlar arası koordinasyon çalışmaları, ilgili tüm kurumlarımızla eş güdüm içerisinde ve kesintisiz şekilde devam etmektedir.
— Burhanettin Duran (@burhanduran) September 4, 2026
Türkiye, terör propagandası, provokasyon,…