Qubada gecə saatlarında fəaliyyət göstərən kafe sahibi cərimələnib
Hadisə
- 08 aprel, 2021
- 06:29
Qubada gecə saatlarında fəaliyyət göstərən kafe sahibi cərimələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan "Report"a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman rayonun Qaraçay kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlayıblar.
Şöbə əməkdaşları tərəfindən dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti işlədən İlqar Ağarzayev və orada olan 4 nəfər şəxs inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Qaydaları pozan şəxslərlə bir daha profilaktiki söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi çatdırılıb.
Son xəbərlər
10:50
Qusarda qadın öldürülüb, keçmiş əri saxlanılıb
Hadisə10:47
Nazir: "Əmək müqavilələrinin 96 %-i elektron formada bağlanılıb"
Biznes10:43
Azərbaycan 11 ayda özünüməşğulluq proqramına 17 minə yaxın şəxsi cəlb edib
Biznes10:41
Anar Əliyev: "Son 7 ildə bağlanmış əmək müqavilələrinin 92 %-i özəl sektorun payına düşüb"
Biznes10:40
Ali Məhkəmə: Borc faizindən faiz tutulması qanunaziddir
Hadisə10:35
Ekvador klubunun futbolçusu 34 yaşında ölüb
Futbol10:33
Türkiyəli müğənni Aleyna Tilki və daha bir neçə tanınmış şəxs saxlanılıb - YENİLƏNİB
Region10:31
Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına qeydiyyat üçün son 3 gün!
İKT10:27
Foto