Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar

Hadisə
  • 09 sentyabr, 2026
  • 11:17
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar

Qızılağac Milli Parkında qanunsuz ov və balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Belə ki, parkın ərazisində qanunsuz ov edən dörd nəfər - E.Eynalov, R.Eynalov, E.Əzizov və İ.Eynalovdan 4 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz ovlanmış 72 ədəd adı "Qırmızı Kitaba" düşən müxtəlif növ çöl quşu aşkarlanıb.

Bundan başqa Milli Parkın su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan İ. Əhmədov da saxlanılıb. Baxış zamanı ondan müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

44 filmi