Qaxda avtomobil piyadanı vuraraq öldürdü

Hadisə
  • 26 fevral, 2020
  • 16:49
Qaxda avtomobil piyadanı vuraraq öldürdü

Bu gün axşam saatlarında Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qax sakini Məmmədəli Soltanov yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına aparıldıqdan bir qədər sonra dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.