Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 5 nəfər həbs edilib

Hadisə
  • 07 aprel, 2026
  • 11:18
Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 5 nəfər həbs edilib

Qaradağda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən beş nəfər həbs olunub.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər 33 yaşlı Məmmədəli Məmmədov, 33 yaşlı Orxan Mehtiyev, 31 yaşlı Elmar Mehtizadə, 35 yaşlı Vaqif Kərimov və 32 yaşlı Pərvin Orucovdur. Onlardan ümumilikdə 70 kiloqram 875 qram tərkibinə psixotrop maddələr əlavə edilmiş narkotik vasitə marixuana aşkarlanıb.

Saxlanılan şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı bölgələrdən qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədilə əldə etdikləri məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.