Xidmət rəisi: “Qaçqın statusunda yaşayan əcnəbilərə yol sənədinin verilməsi prosesi yekunlaşıb”
Hadisə
- 15 yanvar, 2020
- 07:59
Vüsal Hüseynov
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qaçqın statusunda yaşayan əcnəbilərə yol sənədinin - pasportların verilməsinə hazırlıq prosesi tam yekunlaşdırılıb".
“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün 2019-cu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yol sənədi və onun nümunəsi artıq hazırdır: "Gələn həftə, yanvarın 23-də ölkəmizdə qaçqın statusu əsasında yaşayan əcnəbilərə pasportların verilməsi təmin ediləcək. Bununla bağlı tədbir də nəzərdə tutulub".
V.Hüseynov onu da əlavə edib ki, yol sənədi əsasında ölkədə bu statusda yaşayan əcnəbilər sərhədkeçmə sənədi kimi digər ölkələrə də səfər edə biləcəklər.
Son xəbərlər
03:08
ABŞ tezliklə İrana zərbələrin bərpası ilə bağlı qərar verəcək
Digər ölkələr02:39
Suriyada avtobusa silahlı hücum nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr02:23
Fransada etirazlar zamanı 200-dən çox insan xəsarət alıb
Digər ölkələr01:51
Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika01:12
Tramp: ABŞ hərbçiləri üç gündə Hörmüzdən rekord miqdarda neftin çıxarılmasına kömək edib
Digər ölkələr00:41
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 50 nəfəri keçib – YENİLƏNİB
Hadisə00:37
"Marca": Ronaldu Portuqaliya yığmasında karyerasını başa vura bilər
Futbol00:24
Nəriman Axundzadənin qol vurduğu matçda Azərbaycanın U-21 millisi Şotlandiyaya məğlub olub
Futbol00:08