Suriyada avtobusa silahlı hücum nəticəsində yeddi nəfər ölüb

Digər ölkələr
  • 01 oktyabr, 2026
  • 02:39
Suriyada avtobusa silahlı hücum nəticəsində yeddi nəfər ölüb

Suriyanın Homs əyalətindəki Masyaf körpüsü yaxınlığında naməlum silahlıların avtobusa atəş açması nəticəsində azı yeddi insan həlak olub, dörd nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə SANA xəbər verib.

Məlumata görə, daxili təhlükəsizlik qüvvələri və mülki müdafiə bölmələri hadisə yerinə gəlib. Onlar ərazini mühasirəyə alıb və ölən və yaralananları təxliyə etməyə başlayıblar. Suriya daxili təhlükəsizlik qüvvələri araşdırmaya başlayıb.

Hadisə və ya hücum edənlərlə bağlı əlavə məlumat verilmir.