Nəriman Axundzadənin qol vurduğu matçda Azərbaycanın U-21 millisi Şotlandiyaya məğlub olub

Futbol
  • 01 oktyabr, 2026
  • 00:24
Nəriman Axundzadənin qol vurduğu matçda Azərbaycanın U-21 millisi Şotlandiyaya məğlub olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, səfərdə Şotlandiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələn Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv 2:5 hesabı ilə uduzub.

Kilmarnok şəhərində baş tutan matçda yığmamızın qollarını Nəriman Axundzadə (21) və Raul Məmmədov (70) vurublar.

Xatırladaq ki, Azərbaycan millisi 9 oyundan sonra 7 xalla beşinci, meydan sahibləri 14 xalla üçüncü pillədə qərarlaşıb.

44 filmi