Prokuror Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə 10 il 6 ay həbs istəyib

Hadisə
  • 23 dekabr, 2022
  • 12:02
Prokuror Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə 10 il 6 ay həbs istəyib

Prokuror Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Saməddin Həsənovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

"Report" xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə bu ilin martında Xəzər rayonu Binə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü S.Həsənov qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib.

S.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

44 filmi