​Polşa şirkəti Azərbaycanın biznes qurumundan 366 min avro tələb edir

Hadisə
  • 10 oktyabr, 2015
  • 09:54
​Polşa şirkəti Azərbaycanın biznes qurumundan 366 min avro tələb edir

Bakı. 10 oktyabr. REPORT.AZ/ Polşanın "Kovis LTD" şirkəti "Kompas" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

“Report”un xəbərinə görə, xarici ölkənin şirkəti "Kompas" MMC-dən alqı-satqı əsasında yaranmış 366 191.55 avro debitor borcun ödənilməsini tələb edir.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Kovis LTD" Polşada dəmir yolları üçün avadanlıq istehsal edən ən böyük şirkətlərdən biri hesab edilir.