Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

Hadisə
  • 24 mart, 2026
  • 16:35
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

⁠Azərbaycanda martın 23-də cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gün narkotiklərlə əlaqəli iki, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.