Nazirlik məmurun jurnalisti döyməsi xəbərinə reaksiya verdi
- 06 may, 2020
- 13:59
Yeniliklərdən dərhal xəbərdar olun!
"Gədəbəydə anew.az saytının müxbirinin DSMF rayon şöbəsində döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
"Report"un xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.
O qeyd edib ki, mayın 4-də saat 11:05-də Qənbərov Zaur Ələddin oğlu şöbənin inzibati binasında şöbə müdirinin müavini İbrahim Ələsgərovun otağına gələrək onu təhqir edib, səs-küyə sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən onu da hədələyərək sürücüylə mübahisə edib:
"İdarənin müdirini və işçiləri təhqir edib, hədə-qorxu gəlib. İdarənin iş ahəngini 40 dəqiqəyə yaxın pozub. Zaur Qənbərovla bağlı insidentə və onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DSMF-nin yerli şöbəsi tərəfindən Gədəbəy Rayon Prokurorluğuna müraciət olunub".