Naxçıvanda evdən 6330 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Hadisə
  • 03 oktyabr, 2025
  • 14:35
Naxçıvanda evdən 6330 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Naxçıvan şəhərində evdən 6330 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvanda fərdi yaşayış evlərinin birindən 6330 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 28 yaşlı Tale Budaqov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

44 - Tezliklə