Naxçıvanda avtomobil 2 motosikletlə toqquşub, yaralılar var

Hadisə
  • 19 avqust, 2026
  • 18:57
Naxçıvanda avtomobil 2 motosikletlə toqquşub, yaralılar var

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, Şəkərabad kəndi yolunda "Chevrolet" markalı avtomobil dönmə manevri edərkən iki motosikletlə toqquşub.

Qəza nəticəsində 1993-cü il təvəllüdlü Əliyev İmran Rafiq oğlu, 2005-ci il təvəllüdlü Ümmətov Kamil Nəsimi oğlu və 2004-cü il təvəllüdlü Cəfərov Rəhim Niyaməddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə