Narkotik vasitənin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb
- 22 oktyabr, 2018
- 10:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 oktyabr. REPORT.AZ/ Gömrükçülərnarkotik vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısınıalıblar.
Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqatİdarəsinə daxil olan məlumat əsasında, "Mazımçay" gömrük postundaGürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi avtomobilə kinoloji xidmətitinin tətbiqi ilə baxış keçirilib.
Baxış zamanı, xidməti it "Honda Fit" markalı,NV441NV qeydiyyat nişanlı həmin avtomobilin ön cihazlar panelindəki əşyalarüçün nəzərdə tutulan yerə reaksiya verib. Həmin yerə təkrar baxış nəticəsində 1ədəd bükümdə çəkisi bükümlə birlikdə 2 qram olan narkotik vasitə-marixuanaaşkar edilib.
Faktla bağlı araşdırma aparılır.