Nabranda avtoqəzada xəsarət alanların kimlikləri məlum olub - YENİLƏNİB

Hadisə
  • 07 avqust, 2018
  • 19:38
Nabranda avtoqəzada xəsarət alanların kimlikləri məlum olub - YENİLƏNİB

Xaçmaz. 7 avqust. REPORT.AZ Nabranda avtoqəzada xəsarət alanların kimlikləri məlum olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, bunlar, Bakı şəhər sakinləri, 1991-ci il təvəllüdlü Həsənov Elvin Rəşid oğlu, 1989- cu il təvəllüdlü Məmmədov Mahir Vaqif oğlu, 1987-ci il təvəllüdlü Məmmədova Sevil Vaqif qızı, 2014-cü il təvəllüdlü Məmmədli Kəmaləddin Sərxan oğlu və 2016-cı il təvəllüdlü Məmmədli Yunis Sərxan oğludur. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb və 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.


***20:55

Xaçmaz. 7 avqust. REPORT.AZ/ Xaçmaz rayonunun Nabran kəndinə istirahətə gələn ailə qəzaya uğrayıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üçünün azyaşlı olduğu bildirilir. Xəsarət alanların kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.