Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var

Hadisə
  • 14 sentyabr, 2023
  • 22:14
Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var

Sentyabrın 14-ü saat 23:30 radələrində Mingəçevir şəhər ərazisində “Lexus” markalı avtomobilin sürücüsü Elmar Allahverdiyevin idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan "Report"a bildirilib ki, nəticədə avtomobildəki sərnişin 1994-cü il təvəllüdlü Rahimə Allahverdiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və ikisi azyaşlı olmaqla üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə