Mingəçevirdə 33 yaşlı qadın dəm qazından ölüb

Hadisə
  • 27 yanvar, 2025
  • 04:41
Mingəçevirdə 33 yaşlı qadın dəm qazından ölüb

Mingəçevir şəhərində qadın dəm qazından zəhərlənib.

“Report” xəbər verir ki, şəhər sakini, 1992-ci il təvəllüdlü Jalə İsrafilova yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.