Arxangelskdə baş verən qəzada ölənlərin sayı artıb - YENİLƏNİB
- 12 sentyabr, 2026
- 00:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Federasiyasının (RF) Arxangelsk vilayətinin Xolmoqor rayonunda yük maşını, mikroavtobus və minik avtomobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb.
"Report" "İzvestiya"ya istinadən xəbər verir ki, qəzada yeddi nəfər xəsarət alıb, onlar yerli xəstəxanalara çatdırılıblar.
RF Daxili İşlər Nazirliyinin (DİN) region üzrə idarəsindən bildirilib ki, hadisə mikroavtobus minik avtomobilini ötərkən baş verib. Manevrə başlayan sürücü qarşı istiqamətdə hərəkət edən yük maşını ilə toqquşub.
Rusiyanın Arxangelsk vilayətinin Xolmoqor rayonunda avtobusla yük avtomobilinin toqquşması nəticəsində 12 nəfər ölüb.
Bu barədə "Report" "İzvestiya"ya istinadən xəbər verir.
Məlumata görə, qəzada 8 nəfər xəsarər alıb və tibb müəssisələrinə yerləşdirilib.
İnsidentin başvermə şəraiti müəyyənləşdirilir.
Məlumata görə, M-8 magistralında taxta daşıyan "KamAZ" yük avtomobili, mikroavtobus və minik avtomobili toqquşub.