Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
- 12 sentyabr, 2026
- 01:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) "Şərq-Qərb" magistral neft kəmərinə edilən hücumu kəskin şəkildə qınayıb.
"Report" qurumun bəyanatına istinadən xəbər verir ki, Ər-Riyad və Mədinə bölgələrindəki neft kəməri İraq ərazisindən buraxılan bir neçə pilotsuz uçuş aparatının (PUA) zərbəsinə məruz qalıb, nəticədə bir neçə nəfər xəsarət alıb və infrastruktura ziyan dəyib.
Bununla yanaşı, Ər-Riyad cavab addımlarından müvəqqəti olaraq çəkinmək qərarına gəlib. XİN-dən izah ediblər ki, bu qərar İraqın Baş naziri Əli əl-Zaidinin xahişi ilə qəbul edilib.
Səudiyyə Ərəbistanı İraq ərazisindən həm krallıq, həm də qonşu dövlətlər istiqamətində gələcək hücumların qarşısını almaq üçün Bağdada müstəqil şəkildə zəruri tədbirlər görmək imkanı verməyi nəzərdə tutur.
Vurğulanıb ki, Ər-Riyad öz suverenliyini, əsas infrastrukturunu qorumaq, eləcə də ölkə vətəndaşlarının və sakinlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək üzrə qanuni hüquqlarını özündə saxlayır.