Apelyasiya Məhkəməsi mərmər şirkətinin cərimələnməsi işi üzrə qərar qəbul edib
- 26 iyul, 2019
- 05:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Apelyasiya Məhkəməsində “Dəvəli” ASC barəsində inzibati icraata xitam verilməsinə dair məhkəmə qərarından Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi şikayət üzrə proses keçirilib.
"Report"un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə qərar qəbul edilib.
Qərara əsasən, şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Yasamal Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qərarı ləğv edilib. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “İdeal Kompani” MMC" barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib edib. İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
“Dəvəli” ASC mərmər, qranit, aqlay, keramika daşlarının emalı, satışı, həmçinin heykəl, büst və barelyeflər də daxil olmaqla müxtəlif növ məhsulların hazırlanması ilə məşğul olan şirkətdir.