Məcburi köçkünün evinə ilan girib - FOTO
Hadisə
- 12 sentyabr, 2015
- 10:54
Bakı. 12 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərinin Turist bazasının ərazisində məcburi köçkünlərin məskunlaşdığı evə ilanlar girib. "Report" xəbər verir ki, ilan evə girərək ev sahiblərinə təhlükəli anlar yaşadıb.
Laçın rayonundan məcburi köçkün olan Rəşid Məmmədovun evində axşam saatlarında böyük ilanlar görünüb. Ailə üzvləri ilanı səhərə qədər axtarmalı olub.
Gecəni yatmayan Məmmədovlar ailəsi ilanı şkafın altından tapıblar. Ailə ilanın uşaqlara xəsarət yetirəcəyindən qorxaraq evdən çıxıb.
Evə köçdüyü 20 il müddətində belə halla ilk dəfə rastlaşdığını deyən ev sahibinin mənzilində ilanların yuva salması ciddi narahat edir.
Ev sahibi Rəşid Məmmədov deyib ki, ilanlardan biri öldürülüb, ancaq evdə yenə də çoxlu ilanlar var.
Son xəbərlər
15:12
"Zəyəm Texnologiyalar Parkı" yenidən zərərlə işləyir
Biznes15:12
"Qalatasaray" Aleksey Batrakov üçün rəsmi təklif göndərib
Futbol15:00
Aİ Azərbaycan-Ermənistan normallaşma prosesindəki nailiyyətləri müsbət qiymətləndirir - EKSKLÜZİV
Xarici siyasət15:00
Azərbaycandakı sığorta şirkətlərinin xərclərinin məbləğinə görə renkinqi (Yanvar-iyun, 2026)
Maliyyə14:59
Foto
Video
Göyçayda zəncirvari qəza olub, altı nəfər xəsarət alıb - YENİLƏNİB
Hadisə14:53
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin edib
Sosial müdafiə14:51
"Qarabağ"ın "Tvente" ilə səfər oyununu albaniyalı hakim idarə edəcək
Futbol14:49
SOCAR-ın borc öhdəlikləri açıqlanıb
Energetika14:45