Göyçaydakı zəncirvari qəzada xəsarət alan altı nəfər evə buraxılıb - YENİLƏNİB-2

Hadisə
  • 14 avqust, 2026
  • 17:42
Göyçaydakı zəncirvari qəzada xəsarət alan altı nəfər evə buraxılıb - YENİLƏNİB-2

Göyçay şəhərində baş verən zəncirvari avtomobil qəzasında xəsarət alan altı nəfər evə buraxılıb.

TƏBİB-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (4 kişi, 2 qadın) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara bədənin müxtəlif nahiyələrin yumşaq toxumalarının əzilməsi və əzilmiş, cırılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.

Göyçay şəhərində baş verən zəncirvari avtomobil qəzasında altı nəfər xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon mərkəzinin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, prospektdə hərəkətdə olan "VAZ-2107", "VAZ-2105" və "Hyundai Sonata" markalı minik avtomobillərinin iştirakı ilə zəncirvari toqquşma baş verib.

Qəza nəticəsində 6 nəfər - 2011-ci il təvəllüdlü Sabir Nəsibli, Fidan Nəsibova (1991), Mansur Babazadə (1995), Tural İbrahimov (1992), Mirəli Zeynalov (2007) və Nuray Nəsibli (2009) xəsarət alıblar.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Göyçayda üç minik avtomobili toqquşub, xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Zəncirvari yol qəzası nəticəsində avtomobillərdə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.