"Qalatasaray" Aleksey Batrakov üçün rəsmi təklif göndərib

Futbol
  • 14 avqust, 2026
  • 15:12
Qalatasaray Aleksey Batrakov üçün rəsmi təklif göndərib

Türkiyənin "Qalatasaray" klubu Rusiyanın "Lokomotiv" (Moskva) komandasında çıxış edən Aleksey Batrakov üçün rəsmi təklif göndərib.

"Report"un məlumatına görə, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, İstanbul təmsilçisi 21 yaşlı yarımmüdafiəçiyə görə 25+3 milyon avro təklif edib.

Xatırladaq ki, "Lokomotiv"in yetirməsi olan Aleksey Batrakov 2024-cü ildən əsas komandadadır.