Maştağada tanışının qətlində təqsirləndirilən şəxsə hökm oxunub
Hadisə
- 03 noyabr, 2025
- 16:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Maştağa sakini Roman Əsgərovu qətlə yetirməkdə təqsirləndirilən Rəşid Babayev 9 il müddətə azadlıqdan məhrum edilib.
"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrlik etdiyi iclasda elan olunub.
Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib.
İttihama görə, 1974-cü il təvəllüdlü Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovu tanışı - 1966-cı il təvəllüdlü həmin qəsəbə sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev qətlə yetirib.
R.Babayev Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Son xəbərlər
05:44
Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatıb - Yenilənib
Region
05:16
Tramp Lindsi Qrem qanununa əsasən Rusiyaya sanksiya tətbiq etməyib
Digər ölkələr
04:57
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1 500 hərbçi göndərəcək
Digər ölkələr
04:31
Aİ Arktikada ABŞ və Rusiyaya qarşı mübarizə üçün proqrama başlamaq niyyətindədir
Digər ölkələr
03:47
Sankt-Peterburqda beş nəfər meymunçiçəyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Region
03:23
KXDR yeni süni intellektə əsaslanan torpedasını sınaqdan keçirib
Digər ölkələr
03:17
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
Digər ölkələr
02:54
Hindistanda süni intellekt agentləri bir neçə şirkətin sistemlərinə haker hücumu ediblər
İKT
02:18
Rusiya Baş nazirinin müavini ölkədə benzin qıtlığı ilə bağlı vəziyyəti gərgin adlandırıb
Region