Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına "Akademik" statusu verilib

Hadisə
  • 22 noyabr, 2017
  • 20:54
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına Akademik statusu verilib

Bakı. 23 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusunun verilməsi haqqında” 2017-ci il 16 avqust tarixli qərara dəyişiklik edib.

"Report"un məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən, noyabrın 1-dən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusu verilib. 

Qeyd edək ki, əvvəlki qərarda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusunun gələn ilin əvvəlində - 2018-ci ilin 1 yanvarında verilməsi əksini tapmışdı.