Liviyada təyyarə qəzaya uğrayıb - 3 ölü

Hadisə
  • 22 aprel, 2016
  • 21:42
Liviyada təyyarə qəzaya uğrayıb - 3 ölü

Bakı. 23 aprel. REPORT.AZ/Liviyada təcili yardım təyyarəsi qəzaya uğrayıb. "Report"un məlumatına görə, hadisə Əl-Beyda şəhərində baş verib.

Qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Məlumata görə, təyyarə Əl-Beyda şəhərindəki aeroporta enərkən qəzaya uğrayıb.

Hadisənin başvermə səbəbi haqda məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.