Permdə neft emalı zavodu dron hücumuna məruz qalıb, yanğın başlayıb

Digər ölkələr
  • 21 avqust, 2026
  • 10:28
Permdə neft emalı zavodu dron hücumuna məruz qalıb, yanğın başlayıb

Permdə (Rusiya) "LUKOYL-Permnefteorqsintez" neft emalı zavoduna dronla zərbə endirilib.

Bu barədə "Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir.

Məlumata görə, zərbədən sonra müəssisənin ərazisində genişmiqyaslı yanğın baş verib.

Hücumun xarakteri və dəyən ziyanın miqyası barədə rəsmi məlumat hələlik açıqlanmır. Bundan başqa, Permdə hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.

44 - Tezliklə