Lənkəranda telekanalın operatoru antibiotik iynəsi vurulduqdan sonra ölüb
Hadisə
- 12 aprel, 2025
- 21:21
Lənkəranda 32 yaşlı kişi iynə vurulmasından sonra ölüb.
"Report"un cənub bürosunun məlumatına görə hadisə Viyən kəndində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü İmran İqbal oğlu Məmmədova ev şəraitində antibiotik vurulub. Bundan sonra İ.Məmmədovun vəziyyəti ağırlaşdığını görən ailə üzvləri təcili tibbi yardıma müraciət ediblər. Lakin həkim gələnə qədər İ.Məmmədov ölüb.
Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Ölümün səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, İ.Məmmədov yerli televiziya kanalında operator vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:34
Türkiyədə bir neçə məşhur şəxs narkotikə görə saxlanılıb
Region09:32
"Qalatasaray"ın sabiq futbolçusu Hasan Şaş saxlanılıb
Futbol09:21
EBRD Azərbaycandakı layihələr portfelini yeniləyib
Maliyyə09:17
Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər
Futbol09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.09.2026)
Maliyyə09:00
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrəni sınağa çəkəcək
Fərdi08:54
Cənubi Koreya Prezidenti İranla münaqişədə iştirak üçün qoşun göndərməyi istisna edib
Digər ölkələr08:45
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Hadisə08:40