Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrəni sınağa çəkəcək

Fərdi
  • 18 sentyabr, 2026
  • 09:00
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrəni sınağa çəkəcək

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.

"Report"un məlumatına görə, kişilərdən ibarət komanda III turda İsveçrə ilə üz-üzə gələcək.

Qadınlar isə İsveçdən olan rəqibləri ilə münasibətlərə aydınlıq gətirəcəklər.

Daha əvvəl kişilərdən ibarət komanda Mərakeş (4:0) və Filippini (3:1), qadınlar isə Qvatemala və Danimarkanı (hər ikisi 4:0) məğlub ediblər.

Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.