Lənkəranda nakokuryerlikdə təqsirləndirilən şəxs həbs olunub
Hadisə
- 12 sentyabr, 2025
- 09:38
Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum edilmiş Ruslan Ramazanlı saxlanılıb. Ondan sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi 13 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla R.Ramazanlının narkokuryerliyə cəlb edildiyi və marixuananı maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Son xəbərlər
04:08
Ekvadorun Kəşfiyyat Mərkəzinin rəhbəri Keniyada helikopter qəzasında ölüb
Digər ölkələr03:47
Tramp İrana qarşı misli görünməmiş iqtisadi təzyiqləri elan edib
Digər ölkələr03:16
Türkiyə Yunanıstanın bərpa olunan enerji ilə bağlı yeni reqlamentini tanımayıb
Region02:50
Hemmati: ABŞ müqavilə çərçivəsində İranın xarici aktivlərini açmayıb
Digər ölkələr02:20
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Hapoel" yüksək səviyyəli komandadır"
Futbol02:07
Tramp: Hörmüz boğazı əvvəlki kimi əhəmiyyətli olmayacaq
Digər ölkələr01:39
ABŞ və İslandiya müdafiə əməkdaşlığının 75 illiyi münasibətilə təlimlər keçirəcək
Digər ölkələr01:20
"Hapoel"in baş məşqçisi Ran Kojuk: "Sabah"la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik"
Futbol01:12