Ekvadorun Kəşfiyyat Mərkəzinin rəhbəri Keniyada helikopter qəzasında ölüb
- 20 avqust, 2026
- 04:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Ekvadorun Strateji Kəşfiyyat Mərkəzinin baş direktoru Mikel Sensi-Kontuqi Keniyada helikopter qəzasında həlak olub.
"Report"un "Ecuavisa" telekanalına istinadən məlumatına görə, bu barədə Ekvador hökumətindəki mənbələr bildirib.
Ekvadorun Prezident Administrasiyası sosial mediada Sensi-Kontuqi və həyat yoldaşı, dizayner, sahibkar Stefani Hollihanın ölümünü təsdiqləyib, lakin onların ölüm səbəblərini açıqlamayıb.
"Ecuavisa"nın məlumatına görə, Sensi-Kontuqi Ekvador Prezidenti Daniel Noboanın yaxın dostu olub. O, 2024-cü ildə ölkənin Strateji Kəşfiyyat Mərkəzinin rəhbəri olub.
Qeyd edək ki, helikopter səhər Ololokve dağı yaxınlığında qəzaya uğrayıb. Keniya hakimiyyəti bildirib ki, təyyarədə yeddi nəfər - pilot və altı xarici turist olub. Onların hamısı həlak olub.