Lənkəranda ölü heyvan ətinin əhaliyə satılmasının qarşısı alınıb - FOTO
Hadisə
- 28 dekabr, 2015
- 11:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 dekabr. REPORT.AZ/ Lənkəranda ölü heyvan cəmdəklərindən satış məqsədilə istifadə edilməsinin qarşısı alınıb.
"Report" xəbər verir ki, Lənkəran Baytarlıq İdarəsinə daxil olan məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşları ilə birlikdə həyata keçirilən əməliyyat nəticəsində Osaküçə kəndi ərazisindəki meşə massivində mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran üç baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilərək götürülüb.
Lənkəran Baytarlıq İdarəsindən verilən məlumata görə, heyvan cəmdəkləri müayinə olunmaq üçün Respublika Baytarlıq Laboratoriyasına təhvil veriləcək.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
14:18
Maliyyə Monitorinqi Xidməti ildə 20 min manatdan çox pul köçürmələrinə məlumat və sənəd tələb edəcək
Maliyyə14:04
Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb
Digər ölkələr13:39
Foto
Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib
Fərdi13:36
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır
Maliyyə13:36
Portuqaliya millisinin baş məşqçisi ilə Kriştianu Ronaldu arasındakı münaqişə həll olunub
Futbol13:31
Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
Analitika13:27
Foto
Zəngilanın Ağalı kəndində "Qarabağa qayıdış" adlı ilk Texnika Festivalı keçirilir
ASK13:14
"Xankəndi"nin yeni baş məşqçisi Röyal Nəcəfov: "Komandada fiziki və psixoloji problemlər var idi"
Futbol13:10
Video