Lənkəranda ata 9 yaşlı oğlunun boğazını kəsib, sonra intihar edib
Hadisə
- 03 sentyabr, 2021
- 11:45
Lənkəran rayonunda ata 9 yaşlı oğlunun boğazını kəsib, sonra intihar edib.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Zövlə kəndində baş verib.
Belə ki, yaxınları hadisədən bu gün xəbər tutublar. Onlar ata və oğlunun meyitlərini kəndə yaxın ərazidə - Ulum çayından tapıblar.
İlkin məlumatlara görə, 1979-cu il təvəllüdlü Şaiq Həzi oğlu Məmmədov 9 yaşlı oğlu Vahid Məmmədovun boğazını kəsib, daha sonra özü də arteriyal qan damarını kəsərək intihar edib. Onun meyiti isə çaya düşüb.
Yaxınları bildirib ki, Ş.Məmmədov məhkumluq həyatı yaşayıb. Ailəsi ilə boşanıb. Oğlu da anası ilə yaşayıb. Bir müddət əvvəl oğlu V.Məmmədov atasının yanına qayıdıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
08:31
Braziliya zəlzələdən zərər çəkən Venesuelanın bərpasına kömək edəcək
Digər ölkələr08:18
Meksika - Ekvador oyununun ən yaxşısı Xulian Kinones olub
Futbol08:12
Foto
Bakıda 5 istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur08:07
Ronald Kuman Niderland millisinin baş məşqçisi vəzifəsindən istefa verib
Futbol08:00
DÇ-2026: Meksika Ekvadora qalib gələrək 1/8 finala adlayıb - YENİLƏNİB-5
Futbol07:58
ABŞ "Anthropic"in süni intellekt modellərinə ixrac məhdudiyyətləri aradan qaldırıb
Digər ölkələr07:28
Foto
Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb
Digər ölkələr07:24
Çində 5,2 maqnitudada zəlzələ olub
Digər ölkələr06:47