ABŞ "Anthropic"in süni intellekt modellərinə ixrac məhdudiyyətləri aradan qaldırıb
- 01 iyul, 2026
- 07:58
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ hakimiyyəti "Claude Fable 5" və "Mythos 5" süni intellekt modellərinə tətbiq edilən ixrac nəzarəti məhdudiyyətlərini aradan qaldırıb.
"Report"un məlumatına görə, bu barədə"Anthropic" "X" sosial şəbəkəsində xəbər verib.
"Ticarət Nazirliyinin "Claude Fable 5" və "Mythos 5" üzərindən ixrac nəzarətini ləğv etdiyi barədə bildiriş aldıq. Sabah girişi bərpa etməyə başlayacağıq", - şirkətin açıqlamasında deyilir.
Xatırladaq ki, 12 iyunda "Anthropic" ABŞ hakimiyyətinin xarici istifadəçilərdən sözügedən süni intellekt modellərinə girişi bloklamağı xahiş etdiyini bildirib. Nəticədə şirkət bütün istifadəçilər üçün girişi dayandırmaq məcburiyyətində qalıb.
ABŞ Ticarət Nazirliyi həmin vaxt məhdudiyyətlərə görə milli təhlükəsizlik narahatlıqlarını əsas gətirib.