DÇ-2026: Meksika Ekvadora qalib gələrək 1/8 finala adlayıb - YENİLƏNİB-5

Futbol
  • 01 iyul, 2026
  • 08:00
DÇ-2026: Meksika Ekvadora qalib gələrək 1/8 finala adlayıb - YENİLƏNİB-5

Futbol üzrə dünya çempionatında Meksika Ekvadora qalib gəlib.

"Report"un məlumatına görə, Mexiko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Xulian Kinonyes (22) və Raul Ximenes (31) Şimali Amerika təmsilçisinin qollarını vuran futbolçular olublar.

Bu qələbə sayəsində 1/8 finala adlayan Meksikanın rəqibi İngiltərə – Konqo Demokratik Respublikası cütünün qalibi olacaq.

Futbol üzrə dünya çempionatının Meksika - Ekvador oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Mexiko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri hesabda irəlidədirlər - 2:0.

Qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.

Futbol üzrə dünya çempionatının Meksika - Ekvador oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, Mexiko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri hesabda irəlidədirlər - 2:0.

Qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.

Futbol üzrə dünya çempionatının Meksika - Ekvador oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Mexiko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında meydan sahibləri hesabdakı üstünlüklərini artırıblar - 2:0.

31-ci dəqiqədə Raul Ximenes fərqlənib.

Futbol üzrə dünya çempionatının Meksika - Ekvador oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Mexiko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Şimali Amerika təmsilçisi hesabı açıb.

22-ci dəqiqədə Xulian Kinonyes fərqlənib.

Futbol üzrə dünya çempionatının Meksika - Ekvador oyunu başlayıb.

"Report"un məlumatına görə, 1/16 final mərhələsinin matçı Mexiko stadionunda keçirilir.

Qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.