Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var
Hadisə
- 28 aprel, 2022
- 07:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Garis Əyribənd kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 63 yaşlı Dilqəm Elbəyi oğlu Nadirov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman rayonun Ərəbqubalı kənd sakini, 56 yaşlı Əvəz Cəlil oğlu Səmidovun idarə etdiyi "VAZ-2106" avtomobillə toqquşub. Nəticədə "VAZ"ın sürücüsü və sərnişinlər, 59 yaşlı Zərifə Cəlil qızı Əliyeva və 52 yaşlı Yeganə Güləkbər qızı Səmidova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili yardım avtomobilləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
11:04
Kamran Əliyev Binəqədidə vətəndaşları qəbul edəcək
Daxili siyasət
11:03
Azərbaycanda emal sənayesi 3 %-ə yaxın böyüyüb
Sənaye
11:03
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
Hərbi
11:02
Fransanın "Lans" klubu baş məşqçisi Yannik Kayuzakla yollarını ayırıb
Futbol
11:02
Foto
Ağdamda gənc tibb işçilərinin əmək hüquqları və peşəkar inkişafı müzakirə olunur
Sağlamlıq
11:02
Yanvar-oktyabr aylarında 45 mindən çox şəxsə əlillik təyin olunub
Sosial müdafiə
10:58
Bakının Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb
İnfrastruktur
10:57
Dekabrın 5-i bağça müəllimlərinin sertifikasiya imtahanları başlayır
Elm və təhsil
10:43
"Xilasedici"nin kapitanı Vüqar Bayramov: "Çətin mübarizəyə baxmayaraq məqsədimizə çatdıq"
Komanda