Kürdəmirdə şəxsi təsərrüfatda yanğın baş verib, 6 heyvan tələf olub - FOTO - VİDEO - YENİLƏNİB
Hadisə
- 19 iyun, 2019
- 15:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Video əlavə olunub
*** 19:00
Kürdəmir rayonunda şəxsi təsərrüfatda yanğın baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Karrar kəndi ərazisində qeydə alınıb.
Nəticədə həmin kəndin sakini Məhəmməd Qasımova məxsus 30 metrlik çardaqda 5 ton taxıl, 3500 ot bağlaması, 2 baş iribuynuzlu və 4 baş xırdabuynuzlu heyvan yanıb. Eyni zamanda yanğının qarşısını alarkən ev yiyəsi yüngül yanıq xəsarətləri alıb.
Hadisə yerinə Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisəyə elektrik xətlərində yaranan qısaqapanmanın səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Kürdəmirdə şəxsi təsərrüfatda yanğın baş verib, 6 heyvan tələf olub - FOTO - VİDEO - YENİLƏNİB
Son xəbərlər
15:50
Foto
Əhməd Yusifov dünya çempionatında finala vəsiqə qazanıb - YENİLƏNİB-3
Fərdi15:42
OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək
Energetika15:28
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Ekologiya15:13
UKMTO Hörmüz boğazında tankerə hücum barədə məlumat yayıb
Digər ölkələr15:03
İranın vitse-spikeri: ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik
Region14:49
Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finalda mübarizəni dayandırıb - YENİLƏNİB
Fərdi14:46
Maks Ferstappen Malayziya Qran-prisinin qalibi olub
Formula 114:45
Respublika stadionunun 75 illiyinə həsr olunmuş matçda "Neftçi" qalib gəlib
Futbol14:37