Kürdəmirdə ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb
Hadisə
- 21 noyabr, 2019
- 05:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmirdə ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
“Report”un xəbərinə görə, hadisə noyabrın 20-də rayonun Qarasaqqal kəndi ərazisində qeydə alınıb.
Belə ki, İsmayıllı rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Abbasovun idarə etdiyi “VAZ-21723” markalı avtomobillə Sabirabad rayon sakini Yaşar Vəliyevin idarə etdiyi “Shacman” markalı yük maşını toqquşub. Nəticədə V.Abbasov hadisə yerində ölüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Son xəbərlər
08:14
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:08
Dünya Bankının rəhbəri iş yerlərinin yaradılmasını əsas prioritet adlandırıb
İqtisadiyyat07:46
Holand Çempionlar Liqası matçı öncəsi PSJ-nin iki futbolçusunu fərqləndirib
Futbol07:42
Bosfor boğazında kimyəvi tankerinin nasazlığı səbəbindən gəmi hərəkəti dayandırılıb
Region07:11
AP: Tramp ABŞ-nin Yunanıstandakı səfirinin istefası ehtimalını nəzərdən keçirir
Digər ölkələr06:42
Müharibə və yüksək borclanma BVF və Dünya Bankının iclaslarında əsas müzakirə mövzuları olacaq
İqtisadiyyat06:15
Diabetə uğurlu nəzarətin gözlənilməz amili müəyyən edilib
Sağlamlıq05:48
Estoniyanın Narva şəhərində istilik tariflərinin kəskin artması narazılıq yaradıb
Digər ölkələr05:16