Kürdəmirdə minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var

Hadisə
  • 02 sentyabr, 2018
  • 16:05
Kürdəmirdə minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var
"Report"

Kürdəmir. 2 sentyabr. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili "Hyundai" markalı yük maşınına çırpılıb. Nəticədə "VAZ-2107"-in sürücüsü, Mürtülü kənd sakini, 1985-ci il təvəllüdlü Qədirov Səfalı Malik oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan S.Qədirov Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.