Kürdəmirdə iki yük maşını toqquşub, sürücülərdən birini naməlum avtomobil vurub
Hadisə
- 04 iyul, 2018
- 08:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmir. 4 iyul. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 09-RH-449 və 20-AB-035 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı yük avtomobilləri toqquşub. Nəticədə ilk maşının sürücüsü, 1960-cı il təvəllüdlü, Bərdə rayonunun Həsənqaya kənd sakini Rasim Cəmil oğlu Qasımov "KamAZ"dan yerə düşdükdən sonra naməlum avtomobil tərəfindən vurulub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:42
UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası növbəti oyununu keçirəcək
Futbol
09:42
İran ABŞ blokadasına baxmayaraq, 5 milyon tondan çox neft məhsulu ixrac edib
Energetika
09:40
"Yapı Kredi Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
09:37
Kamal Umudlu "Roma" – "Real" oyununu idarə edəcək
Futbol
09:34
Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcək
Digər ölkələr
09:34
AMB kredit riskləri ilə bağlı son qərarını şərh edib
Maliyyə
09:33
Azərbaycan neftinin qiyməti 131 dolları keçib
Energetika
09:20
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
Komanda
09:08
UEFA Çempionlar Liqası: II tura 9 oyunla start veriləcək
Futbol