Kürdəmirdə ağır yol qəzası, xəsarət alan var
Hadisə
- 15 yanvar, 2021
- 18:14
Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Atakişili kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı nəqliyyat vasitəsinin sürücüsü, 28 yaşlı Alışov Famil Firidun oğlu Kürdəmir şəhəri istiqamətində hərəkət etmək üçün dönmə əməliyyatı etmək istəyib. Bu zaman 25 yaşlı Rzayev Vurğun Vəkil oğlunun idarə etdiyi “Mersedes” markalı nəqliyyat vasitəsi arxadan Famil Alışovun avtomobilinə çırpılıb.
İdarəetmədən çıxan “Mersedes” yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı Vurğun Rzayev müxtəlif növ bədən xəsarəti alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Kürdəmirdə ağır yol qəzası, xəsarət alan var
Son xəbərlər
09:06
Foto
Venesuelada dağıdıcı zəlzələ nəticəsində azı 32 nəfər ölüb - YENİLƏNİB-2
Digər ölkələr09:06
Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir
Sosial müdafiə09:05
"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
Maliyyə09:03
Hon Myen Bo: "Uğursuz nəticəyə görə məsuliyyət mənim üzərimə düşür"
Futbol08:58
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (25.06.2026)
Maliyyə08:56
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (25.06.2026)
Maliyyə08:55
EDB Almatıda Avrasiyanın meqalayihələrini və yeni investisiya imkanlarını müzakirə edəcək
Maliyyə08:16
Foto
Bakıda 3 istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur08:06
Foto